Parçalanmış xalq”ın HARAYI
Sizləri ərazisi 410 min kvadratkilometr olan BÜTÖV AZƏRBAYCANDAN salamlamaq istərdim. Amma çox təəssüflər olsun ki, bu salamı sizlərə zaman-zaman qonşuları tərəfindən paramparça edilmiş, didim-didim didilmiş GÜNEYSİZ, QARABAĞSIZ, DƏRBƏNDSİZ, BORÇALISİZ 69.05 min kvadratkilometr ərazisi olan AZƏRBAYCANDAN verirəm.
1804-ci ildə işğalçı Çar Rusiyası ilə Qacar dövləti arasında AZƏRBAYCAN torpaqları uğrunda savaş başladı. Bu savaş 1813-cü ilə kimi davam etdi. Savaşda Çar Rusiyasi qalib gəldi və tərəflər sülh imzalamaq qərarına gəldilər. Uzun sürən danışıqlardan sonra 1813-cü ilin 12 oktyabrında AZƏRBAYCAN tarixinə qara hərflərlə yazılmış GÜLÜSTAN “sülhü” imzalandı. Müqaviləni Rusiya tərəfindən Qafqazdakı rus qoşunlarının baş komandanı Rtişşev, Qacarlar tərəfindən isə Mirzə Əbülhəsən xan imzaladı. Müqavilə 11 maddədən ibarət idi. Müqaviləyə əsasən, AZƏRBAYCAN torpaqları iki hissəyə bölündü. ARAZ çayı sərhəd oldu. AZƏRBAYCANIN Şimalı Rusiyaya, NAXÇIVAN və İRƏVAN da daxil olmaqla Cənubu Qacarlara qaldı. Beləliklə, bu qansızlar, vicdnsız cəlladlar millətimin, xalqımın ah-nalə etməsinə, fəryad qoparmasına məhəl qoymadan böldülər AZƏRBAYCANIMI, böldülər bu VƏTƏNİ. Gülüstan müqaviləsi dünya tarixində başqa millətin torpaqlarının bölüşdürülməsi üçün bağlanmış ilk zorakı müqavilələrdən biri və bəlkə də birincisi idi. Görəsən, bu mənfur müqaviləyə qol atarkən bir xalqın tarixi faciəsinə qol atdıqlarını bir an da olsa düşündülərmi bu vicdansızlar? Şair “GÜLÜSTAN” poemasında deyir:
Cənablar bir anlıq düşündünüzmü?
Verdiyiniz hökmün ağırlığını?
Bu hökmün dəhşəti əllimi,yüzmü?
Biz necə götürək bu göz dağını...?
Başi kəsiləndə bu məğrur elin
Qəlbin ağrısını hiss etdinizmi?
Qoca FÜZULİNİN, igid BABƏKİN
Etiraz səsini eşitdinizmi?
Cənablar bir damcı mürəkkəblə siz
Düşünün nələrə qol çəkmişsiniz?
Əlbəttə ki, bu qansızlar müqaviləyə göz yummadan imza atıblar. Axı aralarında ata malı kimi böldükləri bu torpaqlar özlərininki deyil. Axı bu millət öz millətləri deyil ki, dərdinə acıyaydılar. Bu bölgüylə ürəkləri soyumayan, gözləri doymayan alçaqlar 1826-cı ildə yenidən AZƏRBAYCAN torpaqları uğrunda mübarizəyə başladılar. Bu savaş 1828-ci ilin yanvar-fevral ayında Çar Rusiyasının qalibiyyəti ilə sona çatdı. Qısa sürən danışıqlardan sonra 1828-ci ilin 10 fevralında tərəflər arasında TÜRKMƏNÇAY kəndində yeni müqavilə imzalandı. Bu müqavilə 16 maddədən ibarət idi. Müqaviləyə əsasən, CƏNUBİ AZƏRBAYCAN Qacarlara, NAXÇIVAN və İRƏVAN da daxil olmaqla ŞİMALİ AZƏRBAYCAN Rusiyaya qaldı. VƏTƏNİM bölündü, XALQIMIN bu günə qədər davam edən faciəsi başladı.
Müqavilənin 3-cü bəndində deyilirdi: ”İran şahı öz adından və varisləri adından ARAZIN o tayı və bu tayı üzrə İRƏVAN və NAXÇIVAN xanlıqlarını Rusiya imperiyasının tam mülkiyyətinə güzəştə gedir”. Bu maddədən belə görünür ki, guya İRƏVAN, NAXÇIVAN İran şahının öz dədə-baba torpağıdır, onlarında halallığını Rusiyaya verir. Bu vicdansız ağa yəqin bilir ki, torpaqdan pay olmaz. Amma bu torpaq onun öz torpağı deyil axı onun halallığını verərkən bu cəlladın ruhu incisin, qəlbi param-parça olsun bizim kimi. Görəsən, bu topasaqqal ağa bu yurdun, bu vətənin BABƏK, KOROĞLU yurdu olduğunu bilirdimi? Bu yurdun zaman-zaman igidlər, qəhrəmanlar yurdu olduğunu bilirdimi? Şair “GÜLÜSTAN” poemasında deyir:
Hanı bu ellərin mərd oğulları?
Açın bərələri, açın yolları
Bəs hanı bu əsrin öz KOROĞLUSU?
Qılınc KOROĞLUSU, söz KOROĞLUSU?
Bəlkə də bu əsrin öz KOROĞLUSU gecikmişdi bir az.
Beləliklə, TÜRKMƏNÇAY “sülhü” ilə AZƏRBAYCAN torpaqlarının bölüşdürülməsi başa çatdı, bir VƏTƏN iki yerə parçalandı. O gündən GÜNEY, QUZEY terminləri xalqın dilində tez-tez işlədilməyə başladı. O gündən bacı qardaşa, ana balaya, ata oğula həsrət qaldı. O gündən VƏTƏNİMZİN ortasında tikanlı məftilə dolaşırıq. Deyirlər o günü təbiət belə MİLLƏTİMİN, XALQIMIN bu faciəsinə fəryad qoparıb, yas saxlayıbmış.
Göy də guruldamış deyirlər o gün
Çölləri, düzləri buludlar sarmış,
O göy gurultusu ULU BABƏKİN
Ruhuymuş hönkürüb fəryad qoparmış.
Həmin gün ölkəni apardı sel, su,
Tutuldu çöhrəsi günün, ayın da
Qoca NƏBATİNİN eşqi-arzusu
O, gün batmadımı ARPA çayında,
Bəli o gün bütün igidlərimin ruhu fəryad qoparmış, ah-nalə etmişdilər əlbət. Axı bu vətən uğrunda canlarından keçib, onu yağılardan azad etməmişdilər ki, günün birində yadlar gəlib onu öz dədə malları kimi bölsünlər.
Bu cəlladlar paramparça etdilər TÜRK YURDUNU, amma bədəni candan ayıra bilmədilər.
Ağalar bilmədi birdir bu torpaq
TƏBRİZ DƏ, BAKI DA AZƏRBAYCANDIR.
Bir elin ruhunu, dilini ancaq
Kağızlar üstündə bölmək asandı.
Böl kağız üstündə böl gecə-gündüz
Torpağın üstünə dirəklər də düz
Gücünü, əzmini tök də meydana
Qoşundan silahdan səd çək hər yana
Torpağı ikiyə bölərsən ancaq
Çətindi bədəni candan ayırmaq.
Bu torpaqlar tanrının ən sevimli milləti olan TÜRKÜN YURDUDU. TÜRK yarandığı gündən bu qədər əzilməmişdi, didilib, parça-parça edilməmişdi. TÜRK tarixində belə bir faciyəylə üzləşməmişdi. Bu faciəni hər bir AZƏRBAYCANLI öz dövründə yaşayır, elə ŞƏHRİYAR kimi, elə ELÇİBƏY kimi və bu gün də yaşamaqda davam edirik. 180 ildir ki, bu bölücü, zorakı müqavilə öz qüvvəsində qalır.180 ildir ki, bacının qardaş həsrəti yeri-göyü yandırır.
Zaman öz rolunu oynadı. Rusiya imperiyası süquta uğradı və VƏTƏNİMİN QUZEYİ azadlığını qazandı, amma QARABAĞI itirdik, 20 YANVAR kimi böyük bir faciə yaşadıq. GÜNEY tayımızda isə 35 milyonluq bir kütənin ana dili yasaqlanıb, ”MƏN TÜRKƏM “deyənlər həbslərdə çürüyür, başlarına olmazın əzablarını gətirirlər fars şovinistləri. GÜNEY AZƏRBAYCAN hər gün, hər saat bu faciənin ağrı-acısını yaşayır.
Sonda üzümü bütün TÜRK DÜNYASINA tutaraq deyirəm ki, bəsdir artıq bu faciəyə son qoymağın vaxtı çoxdan yetişib. Bəsdir TƏBRİZSİZ, QARABAĞSIZ, DƏRBƏNDSİZ, BORÇALISIZ, İRƏVANSIZ yaşadıq. Bəsdir VƏTƏNİN ortasında tikanlı məftillərə dolaşdıq. Bu tikanlı məftilləri söküb-dağıtmağın vaxtıdır. EY YENİLMƏZ, MƏĞLUBEDİLMƏZ TÜRK ÖVLADI. Bəs sən hardasan? Niyə 180 il bu dəhşətə, faciəyə dözürsən? Sizlərə güvənirəm EY QƏHRƏMAN, DÖYÜŞKƏN, QORXMAZ TÜRK İGİDLƏRİM! Gəlin zaman-zaman itirdiyimiz torpaqlarımız uğrunda hər gün, hər saat, hər dəqiqə mübarizə aparaq! Yalnız döyüşlə deyil, həm siyasət, iqtisadiyyat, elm sahələrində mübarizəmizi aparmalıyıq. Bu mübarizəni hər kəs aparmalıdı. Gəlin yumruq kimi birləşək tikə-tikə olmuş torpaqlarımızı yağılardan azad edək. GÜNEYLİ, QARABAĞLI, BORÇALILI, DƏRBƏNDLİ, İRƏVANLI, ZƏNGƏZURLU BÜTÖV AZƏRBAYCAN yaradaq. Tarix boyu bu torpaqların BÜTÖVLÜYÜ, AZADLIĞI uğrunda canlarından keçmiş QƏHRƏMANLARIMIZIN ruhlarını şad edək! Gəlin İGİDLƏR, ƏRƏNLƏR YURDU OLAN BÜTÖV AZƏRBAYCANIMIZA SAHİB ÇIXAQ.
SAHİBSİZ BİR MƏMLƏKƏTİN BATMASI HAQDIR
SƏN SAHİB ÇIXSAN BU VƏTƏN BATMAYACAQDIR!